- Baxış sayı: 1715
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bu gün Bakı- 2015 və Avropa Olimpiya Komitəsi iyunda Azərbaycanın paytaxtında keçiriləcək ilk qitə oyunları ilə bağlı irəliləyişləri müşahidə etmək öhdəliyi daşıyan Koordinasiya Komissiyasının yekun səfərini başa çatdırıblar. Allsport.az saytı xəbər verir ki, AOK üzvləri Bakı-2015-in hər bir şöbəsi tərəfindən oyunlara hazırlıqlarla əlaqədarı ətraflı məlumat alıblar. Bundan əlavə, qonaqlar oyunların marşrut şəbəkəsi boyunca hərəkət edərək Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Heydər Əliyev Arenası və Avropa Oyunları Parkını gəziblər.
Onlar, həmçinin, Bakı-2015 Uniforma Paylama və Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu mərkəzdə “Nar Mobile” tərəfindən dəstəklənən “Alov qoruyan” könüllülər proqramının iştirakçılarının qeydiyyatı aparılacaq və onlara uniformalar paylanacaq.
Gənclər və İdman naziri, Bakı 2015-in Baş icraçı direktoru Azad Rəhimov deyib: “Oyunların Açılış mərasiminə dörd aydan bir az çox müddət qalıb. Hələ görüləcək çox iş var, lakin yaratdığımız iş dinamikası bir saniyə belə dayanmayacaq. İlk Avropa Oyunlarının bütün qitə üçün möhtəşəm idman və dostluq bayramı olduğunu sübut etməyə ehtiyac yoxdur”.
Koordinasiya Komissiyasının üzvləri 2012-ci ilin dekabr ayında Bakıya Avropa Oyunlarına ev sahibliyi hüququ verildiyi gündən bəri əldə edilmiş möhtəşəm irəliləyişləri yüksək qiymətləndiriblər.
AOK Koordinasiya Komissiyasının sədri Spiros Kapralos söyləyib: “Bakı-2015 tarixdə ilk möhtəşəm Avropa Oyunlarını həyata keçirmək yolunda sürətlə irəliləyir. İndi BAOƏK hazırlıqların son mərhələsinə qədəm qoyur və Oyunlara sayılı günlər qalıb. Lakin onlar bu vaxta kimi tikinti ilə bağlı bütün işləri çatdırıblar və mən əminəm ki, Bakı Oyunlara vaxtında hazır olacaq.
“Bundan əlavə, bu innovativ Oyunlar gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərlər üçün möhtəşəm nümunə olacaq. İyun ayında Bakı-2015-in açılış mərasimi üçün buraya qayıtmağı səbirsizliklə gözləyirəm”.