- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Noyabrın 26-da Parisdə ilk Avropa Oyunlarının təqdimatı olub. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tədbirdə iştirak edib. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilmiş təqdimat mərasiminə, bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar.
Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının Bakı-2015-ə həsr olunan bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşın idmanın müxtəlif növlərinin təsvir olunduğu əsərləri nümayiş olunub. Bu əsərlərin hər biri müxtəlif cərəyanlara aid olmaqla, özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri də təqdim edilib.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkənin son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 23 illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb. 2015-ci ildə iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında isə 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış edib.