İlk final günü

İdman gimnastikası üzrə FİG dünya kubokunda üçüncü yarış günü – ilk final günü başa çatıb.

Allsport.az xəbər verir ki, ilk final günündə gimnastlarımız Nikita Simonov və Dəniz Əliyeva mübarizə aparıblar. Təəssüf ki, onlar ilk üçlükdə yer ala bilməyiblər. Nikita Simonov halqalar proqramında 4-cü, Dəniz Əliyeva isə dayaqlı tullanmada 6-cı pillədə qərarlaşıb.

Yarışın sonuncu – ikinci final günü keçiriləcək. Həmin gündə gimnastımız Aydın Əlizadə mübarizə aparacaq.

Həmin kateqoriyadan