İlk gündə “kiçik bürünc” medal

Norveçin Forde şəhərində ağırlıqqaldıranların Avropa çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışlarda 40 ölkənin 400-dən çox idmançısı iştirak edir.

Mübarizənin ilk günündə Azərbaycan atleti Elmar Alıyev (56 kq) təkanla hərəkətdə 136 kiloqram nəticə ilə bürünc mükafata sahib olub. O, ümumi hesabda 7-ci yer tutub. Təmsilçimiz sifariş etdiyi axırıncı çəkini qaldırdıqdan sonra, təmas xəttindəki döyüşlərdə həlak olmuş hərbçilərimizin ruhuna hörmət əlaməti olaraq əsgər salamı verib.

Qadınların yarışında isə 48 kiloqram çəkidə komandamızın üzvü Mərziyyə Məhərrəmova 155 kiloqramın öhdəsindən gələrək, 19 idmançı arasında 11-ci olub.

Azərbaycan komandasının qələbə ümidləri əsasən dünya çempionu Boyanka Kostovadır. O, aprelin 12-də 58 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Yarışlara aprelin 16-da yekun vurulacaq.

Həmin kateqoriyadan