İlk heyət Paris-2024-ə yollanıb

Bu gün milli komandamızın bir qrupu – badminton, batut gimnastikası, cüdo, kamandan oxatma və üzgüçülük üzrə olimpiyaçılarımız Paris-2024-ə yollanıblar. Allsport.az saytı xəbər verir ki, onlarla birgə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də Fransanın paytaxtına üz tutublar.

İdman nümayəndə heyətimizin yola salınmasında Heydər Əliyev beynəlxalq hava limanında idman ictimaiyyətinin nümayəndələri, federasiyaların məsul şəxsləri, jurnalistlər, azarkeşlər və idmançıların ailə üzvləri iştirak ediblər.

Yay olimpiya oyunları iyulun 26-da start götürəcək və avqustun 11-də başa çatacaq. Olimpiadada 48 idmançımız (41 vəsiqə) 14 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Həmin kateqoriyadan