“İlk matçın hesabı barədə düşünmürük”

Çempionlar liqasının II təsnifat mərhələsinin “Şelburn”la oyundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis matç barədə fikrini bildirib:

“Oyuna pis hazırlaşmamışıq. Müəyyən üstünlüyümüz olsa da, çox ciddi, məğlubiyyəti sevməyən rəqibə qarşı oynayacağıq. İlk matçın hesabı barədə düşünmürük. Cavab qarşılaşmasında öz oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Sabah daha az səhvlə yaxşı oyun keçirməyə çalışacağıq”.

Baş məşqçi heyətdə itkilərin olduğunu sözlərinə əlavə edib: “Dani Bolt sabahkı oyunda iştirak edə bilməyəcək. Marko Yankoviç isə bu gün kollektivlə birgə yüngül məşq edəcək. Bəlkə onu “Şelburn”la görüşün iştirak ərizəsinə sala bilərik. Ancaq oynaması hələ ki, böyük risk olar. Növbəti matçda oynayıb-oynamayacağı isə gedişatdan asılı olacaq”.

Həmin kateqoriyadan