İlk medal

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam həmrəyliyi oyunlarında ağırlıqqaldırma üzrə yarışlarda Nuray Əbilova (48 kq) birdən qaldırma hərəkətində 65 kq nəticə ilə bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, təkanla qaldırma hərəkətində 79 kq nəticə göstərən idmançımız bu hərəkətdə də bürünc medala sahib olub. Beləliklə, Nuray Əbilova toplam 144 kq nəticə ilə ümumi hesabda da bürünc medala layiq görülüb.

Həmin kateqoriyadan