- Baxış sayı: 38
- 22 Mart 2026 15:50
- Baxış sayı: 232
- Mart 22, 2026
- 0

“Zirə” və “Hayduk” arasındakı konfrans liqasının II təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Allsport.az xəbər verir ki, 8-ci km stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Hesabı 31-ci dəqiqədə “Zirə”nin yeni transferi Brahim Konate açıb.
68-ci dəqiqədə isə “Hayduk”un futbolçusu Antoni Kalik bərabərlik qolunu vurub.
Cavab görüşü iyulun 31-də keçiriləcək.