- Baxış sayı: 25
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Futzal üzrə AÇ-2016-nın final mərhələsində keçirilmiş Azərbaycan – Çexiya oyunundan sonra millimizin baş məşqçisi Tino Perez fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, 6:5 hesablı qələbəni belə şərh edib:
“Ağır oyun oldu. Xüsusilə birinci hissədə çox çətinlik çəkdik. Lakin bir müsbət məqam vardı ki, hesabda öndə olan tərəf biz idik. Yəni hesabı bərabərləşdirmək barədə biz yox, rəqib komanda düşünməli olurdu. Düşünürəm ki, ilk oyunla müqayisədə daha yaxşı oynadıq. Rəqibimizdən çox qol vurmağı bacardıq və qələbə qazandıq”.