İlk qolu “Sumqayıt” vursa da…

Bu gün “Sumqayıt” konfrans liqasının 2-ci ələməsinin ilk oyununda evdə Macarıstanın “Fehervar” klubunu qəbul edib. Allsport.az saytı xəbər verir ki, Mehdi Hüseynzadə adına şəhər stadionunda görüş 2:1 rəqibin xeyrinə başa çatıb.

Matça meydan sahibləri fəal və sürətli başlayıblar. Bunun məntiqi nəticəsi kimi, 20-ci dəqiqədə Səbuhi Abdullazadə uzaqdan güclü zərbə ilə “kimyagərlər”i önə çıxarıb. Amma bundan 12 dəqiqə sonra Murad Xaçayevin yersiz kobudluğa görə qırmızı vərəqə alması oyunun ritmini dəyişib.

Öncə Tobyas Kristensen (39-cu dəq) fərqlənib. 2-ci yarıda Ksaba Spandler (52-ci dəq) hesabı artırıb. Cavab matçı 1 həftə sonra Macarıstanda olacaq.

Həmin kateqoriyadan