- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 24-cü turunun “Qəbələ” – “Qarabağ” oyunundan (0:5) sonra, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransına gəlib. Allsport.az saytı sizi 41 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Çətin oyun olacağını bilirdik. Rəqibin heyətində itkilər olsa da, “Qarabağ” güclü komandadır. Bunu dərk edirdik və futbolçuları çətin, ağır matça hazırlayırdıq. Komanda görüşün 60-cı dəqiqəsinə qədər verilən tapşırıqları yerinə yetirdi.
Amma ardıcıl buraxılan qollardan sonra toparlana bilmədik. Kollektivimiz möhkəmdir, sağlamdır. Bu oyundan sonra toparlana biləcəyik. Komandada motivasiya var idi. İlk yarıda rəqibdən daha çox epizod yaratdıq, amma dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Adi epizodda qol buraxanda toparlanmaq çətin olur.
Futbolda səhvlər olur. Mən də, qapıçı da səhv edə bilər. Anar Nəzirova inanıram, 1 nömrəli qapıçımızdır. Komanda oyun başlayanda da layiqli müqavimət göstərdi. Ardıcıl iki epizoddan sonra çətinlik çəkdik”.