İlk yarış gününün son qalibi Ömər Cavadov oldu

Şüvəlandakı ağırlıqqaldırma akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ölkə çempionatında ilk günü başa çatıb.

Allsport.az xəbər verir ki, son olaraq kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyən olunub. Toplam 239 kq (110+129) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

2-ci pillədə toplam 238 kq (111+127) nəticə ilə Murad Əliyev, 3-cü pillədə isə toplam 230 kq (100+130) nəticə ilə Elməddin Hüseynov yer alıb.

Həmin kateqoriyadan