İlqar İmamquluyev «Rabitə»dən ayrılmasına aydınlıq gətirdi

««Rabitə»nin adı gələndə, qəlbimdən anlada bilməyəcəyim bir qığılcım keçir»

Xəbər verdiyimiz kimi, tanınmış menecer İlqar İmamquluyev 4 il çalışdığı «Rabitə» klubdan ayrılıb. Allsport.az saytına daxil olan məlumata görə, onun «mavi-yaşıllar»ı tərk etməsinə səbəb, komanda prezidenti Cəlil Cəfərovla fikir ayrılığıdır. Dünən bizimlə əlaqə saxlayan voleybol mütəxəssisi «Rabitə»dən kənarlaşdırılmadığı, öz xoşu ilə getdiyini deyib:

««Rabitə»də kecirdiyim 4 mövsüm ərzinde komandamla böyük qələbələr qazandiq. Bu klubla dünyanın hər böyük turnirindən medalla qayıtdıq və bunun üçün çox şadam. «Rabitə»də ayrılmağımla bağlı gəzən müxtəlif fərziyyələrdə yanlışlıq var. Mövsümün ortasında bəzi cox vacib səbəblər üzündən ozum komandadan getməyə qərar verdim. Amma orda hər kəslə əl sıxıb, mehribanlıqla ayrıldim. İstərdim, bu məsələdə gərəksiz mülahizələrə birdəfəlik son qoyulsun. Bu 4 mövsüm ərzində «Rabitə»də çalışdığım, mənə dəstək olan və dost kimi qazandığım hər kəsə dərin minnətdarliğımı bildirirəm.

«Rabitə» mənim üçün çox doğma komandadır. Beynəlxalq arenada onu həmişə cani-qəlbdən dəstəkləyəcəyəm. Sözsüz, əgər hansısa başqa klubda calişsam, artıq var gücümlə yeni klubumun uğurları üçün çalişacağam. Cünki biz peşəkarıq və bu, normal haldır.
«Rabitə»dən özümlə yalnız xoş xatirələri götürüb, şəxsi istəyimlə ayrılmışam. Bu komandaya müvəffəqiyyətlər arzulayıram. Çünki bu kollektivin adı gələndə, qəlbimdən anlada bilməyəcəyim bir qığılcım keçir. Hər kəsə bir daha təşəkkür edirəm».

Nəzərinizə çatdıraq ki, İlqar İmamquluyevin tutduğu vəzifəyə Şahlar Məmmədov gətirilib.

Həmin kateqoriyadan