- Baxış sayı: 37
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

“Zaqatala” ilə yoxlama oyunundan sonra bir gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib. Allsport.az saytı xəbər verir ki, bu gün hazırlıqdan əvvəl 20 Yanvar – ümumxalq hüzn günü ilə əlaqədar futbolçulara məlumat verilib. Sonra Azərbaycanın azadlığı, ərazi bütovlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hava şəraiti ilə əlaqədar məşq qapalı meydanda keçirilib. Zədə səbəbindən bir müddətdir komandadan ayrı çalışan İssuf Paro da kollektivə qoşulub. “Al qurdlar” yanvarın 23-də premyer liqanın XVII turunda “İmişli” ilə Quba olimpiya kompleksinin stadionunda qarşılaşacaq.