“İn-fa” qasırğasına görə olimpiadanın cədvəlində dəyişiklik oluna bilər

Başa çatmaqda olan həftənin əvvəllərindən Yaponiyanın cənubuna çatan və şimala doğru hərəkət edən “İn-fa” qasırğasına görə olimpiadanın cədvəlində dəyişikliklər oluna bilər. Allsport.az saytı xəbər verir ki, yaxınlaşmaqda olan qasırğaya görə Tokio-2020-nin cədvəlində dəyişikliklər aparılıb. Təşkilat komitəsinin rəsmi nümayəndəsi Masa Takaya Masa, bəzi tədbirlərin, o cümlədən akademik avarçəkmə üzrə yarışların tarixi iyulun 26-na və sonrakı tarixlərə dəyişdirildiyini deyib.

“İn-fa” tropik qasırğası iyulun 20-dən Okinava sahillərində tüğyan edir. Fəlakət mərkəzində küləyin sürəti saniyədə 40 metrə, şiddətli əsdikdə isə 55 metrə çatır. Artıq beş nəfərin qasırğa nəticəsində müxtəlif xəsarətlər aldığı qeyd edilir. Okinavanın Naha şəhərində yerləşən mərkəzi aeroportunda 55 daxili reys təxirə salınıb. Həmçinin dalğaların hündürlüyü 10 metrə çatdığına görə, regionda bərələrin hərəkəti də dayandırılıb.

Akademik avarçəkmə üzrə yarışların cədvəlinin dəyişdirilməsi barədə məlumatlar yayılsa da, Tokio körfəzində keçirilən təsnifat turniri heç bir təxirə salma baş vermədən davam etdirilib. Bu yarışlar üzrə idmançıların 14 medal dəsti uğrunda mübarizə apardığı qeyd edilir.

Həmin kateqoriyadan