- Baxış sayı: 25
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

“Araz-Naxçıvan” konfrans liqasının 3-cü ələməsinin cavab görüşündə Nikosiyada “Omoniya” (Kipr) ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “al qurdlar”ın legionçusu Çarles Boli açıqlama verib:
“Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı oyunda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq.
Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.