- Baxış sayı: 20
- 25 Fevral 2026 01:50
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Lion”un baş məşqçisi Paulu Fonseka FİFA prezidenti Canni İnfantinonun siyasətini sərt tənqid edərək, onu ABŞ prezidenti Donald Trampla müqayisə edib.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qurum rəhbərinin Rusiya komandalarını beynəlxalq turnirlərə qaytarmaq planlarına kəskin etirazını bildirib.
“FİFA prezidenti Rusiya komandalarının qayıdışını mümkün hesab edir. Bu o deməkdir ki, Ukrayna klubları ev oyunlarını ölkə xaricində keçirməyə məcbur olduğu halda, biz Moskvada matç planlaşdırmalıyıq? Bu, tamamilə yolverilməzdir. İnfantinonun mövqeyi Trampın mövqeyini xatırladır – iqtisadi maraqlar sadə insanların mənafeyindən üstün tutulur”.