- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

FİFA prezidenti Canni İnfantino ərəb ölkəsində idmanın inkişafına verdiyi töhfələrə görə Livan vətəndaşlığı ilə təltif edilib.
Allsport.az xəbər verir ki, İnfantino görüş zamanı Livan prezidenti Cozef Auna DÇ-2026-nın rəsmi topunu, FİFA bayrağını və 10 nömrəli formanı təqdim edib.
FİFA prezidenti bu barədə sosial şəbəkə hesabında yazıb: “Rəsmi olaraq livanlı olmaqdan qürur duyuram! Bu gün Beyrutda görüşdüyüm prezident Cozef Aundan Livan vətəndaşlığını almaq mənim üçün böyük şərəfdir. Biz futbolun inkişafını və sülhə töhfə vermək, təhsil təmin etmək və gənclərə imkanlar yaratmaq üçün futboldan istifadə edə biləcəyimizi müzakirə etdik.”