İnsanları xilas etmək istəyən futbolçu öldü

Şimali Makedoniyanın “Şkupi” klubunun yarımmüdafiəçisi Andrey Lazarov dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, o, gecə klubunda insanları yanğından xilas edərkən vəfat edib.

Hadisə gecə klubunda yerli musiqi qrupunun konsertində olub. Yanğın başlayanda tədbirdə 1500 nəfərə yaxın adam olub.

Lazarov bir neçə dəfə yanğın olan gecə klubuna qayıdıb, insanları çölə çıxarmağa cəhd edib. O, yanıq xəsarətləri və dəm qazından zəhərləndiyi üçün reanimasiyaya aparılıb. Futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Həmin kateqoriyadan

azenrutr