- Baxış sayı: 22
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasında 2014/15 mövsümünün başa çatmasına bir tur qalmış “İnter”in oyunçularının yarısı komandanı tərk edib. Allsport.az xəbər verir ki, son turda keçirilmiş “Qarabağ”la oyundan sonra baş məşqçi Kaxaber Sxadadze də paytaxt klubunun düşərgəsini tərk edib.
O, artıq vətəni Gürcüstana yollanıb və Bakıya qayıtmağı düşünmür. Belə olan halda mövsümün son turu çərçivəsində keçiriləcək “Sumqayıt”la səfər oyununda Sxadadze komandanın sükanı arxasında olmayacaq. O, bunu klubun maliyyə öhdəliklərini yerinə yetirməməsinə etiraz əlaməti olaraq edib.
Baş məşqçi ilə yanaşı komandanın legionerləri də düşərgəni tərk ediblər. “İnter” son turda zəifləmiş heyətlə mübarizə aparacaq. İstisna deyil ki, əvəzedici komandanın üzvləri də heyətə cəlb olunsun.