- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“İnter Mayami” 2026-cı il mövsümünə hazırlıq çərçivəsində yanvarın 24-dən fevralın 7-nə qədər Peru, Kolumbiya və Ekvadorda üç yoldaşlıq görüşündən ibarət Cənubi Amerika turuna çıxacaq.
Allsport.az xəbər verir ki, Lionel Messinin kapitanı olduğu komanda yanvarın 24-də Peruda “Alyansa Lima”, yanvarın 31-də Kolumbiyada “Atletiko Nasional” və fevralın 7-də Ekvadorda “Barselona” (Quayakil) klubları ilə qarşılaşacaq.
Tur başa çatdıqdan sonra Floridaya dönəcək Xavyer Maskeranonun rəhbərlik etdiyi komanda MLS-də yeni mövsümün ilk rəsmi oyununu fevralın 21-də səfərdə “Los-Anceles” klubuna qarşı keçirəcəklər.