“İnter” “Qarabağ”ı 1714 gün sonra məğlub edə bildi

“İnter”in Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində “Qarabağ” üzərindəki qələbəsi uzun sürən bir sindromun başa çatması ilə nəticələndi. Allsport.az xəbər verir ki, paytaxt klubu 1714 günlük fasilədən sonra ilk dəfə Ağdam təmsilçisi üzərində qələbəyə sevindi.

Bakılıların son zəfəri 2010-cu ilin 11 sentyabrında qeydə alınmışdı. Həmin vaxt “İnter” “Qarabağ”a 1:0 hesabıyla qalib gəlmişdi. O oyundakı qələbə qolunu indi “Sumqayıt”da oynayan Aleksandr Çertoqanov vurmuşdu.

Həmin kateqoriyadan