“İnter” ulduz futbolçunu şamanın yanına göndərib

“İnter”in sabiq yarımmüdafiəçisi Cerdan Şaqiri Milan klubunun onu müalicə üçün şaman yanına göndərdiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, bu barədə isveçrəli futbolçu İtaliya mətbuatına danışıb.

“İnter” məni çoxdan izləyirdi. Mançini mənə zəng edib 5 dəqiqəyə inandırdı. Layihədə əsas rol oynayacağımı dedi, amma əvəzində az oynadım. Təbii ki, fiziki problemlərin də rolu olub. Son 15 ilin ən zəif “İnter” komandalarından birinə düşdüm. Biz zəif qurulmuş, balanssız bir komanda idik. Liderlərimiz yox idi.
Mançini mənə daha çox oynamağa icazə verə bilərdi… amma bir məşqçi kimi ona böyük hörmətim var. Milli komanda səviyyəsində də görüşdük və o, mənə həmişə xoş sözlər dedi. Bəli, “İnter”də məni təkcə həkim yox, şamanın yanına göndərdilər. Mənə möcüzələr yaradan və hətta Ronaldunu müalicə edən bu adamla əlaqə saxlamağı məsləhət gördülər. Mançini də mənə eyni şeyi dedi. Ancaq bunun əvəzinə hər şey boşa çıxdı”, – deyə Şaqiri bildirib.

Cerdan 2015-ci ilin yanvar-avqust aylarında “İnter”də çıxış edib. O, “qara-göylər”in heyətində 20 matçda 3 qol vurub və iki məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan