“İnter” yeni qapıçı axtarışında

“İnter” yay transfer pəncərəsində yeni əsas qapıçı transfer etməyi planlaşdırır.

Allsport.az xəbər verir ki, buna səbəb ehtiyat qolkiper Xosep Martinesin daha çox oyun praktikası qazanmaq üçün komandadan ayrılmaq istəyidir. İspaniyalı qapıçı cari mövsümdə cəmi 6 matçda fürsət qazanıb.

Hazırda Milan təmsilçisinin “çərçivə”sini 37 yaşlı Yan Sommer qoruyur. İsveçrəli qolkiper bu mövsüm çıxdığı 37 oyunda 34 qol buraxıb, 18 görüşdə isə qapısını toxunulmaz saxlayıb. “İnter” rəhbərliyi gələcəyi düşünərək Sommeri əvəzləyə biləcək daha gənc və iddialı bir ad üzərində dayanmaq niyyətindədir.

Həmin kateqoriyadan