- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“İnter” müdafiəçisi Federiko Dimarko ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Allsport.az xəbər verir ki, klub rəhbərliyi 28 yaşlı futbolçuya maaş artımı ilə uzunmüddətli sözləşmə təklif edəcək. İngiltərənin bir neçə top-klubunun marağına baxmayaraq, italiyalı cinah oyunçusu “İnter”də qalmaq niyyətindədir.
Dimarko cari mövsümdə Kristian Kivunun rəhbərliyi altında 26 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.