- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“İnter”in qapıçısı Xosep Martines elektrikli əlil arabasında olan 81 yaşlı kişini maşını ilə vurub.
Allsport.az xəbər verir ki, hadisə bu gün səhər baş verib.
Zərbə güclü olub və həkimlərin dərhal müdaxiləsinə baxmayaraq, yaşlı kişini xilas etmək mümkün olmayıb. Onun hadisə yerində öldüyü bildirilib.
Oyunçunun şokda olduğu bildirilir.
Martines 2024-cü ilin yayından bəri “İnter”də çıxış edir. Bu müddət ərzində 27 yaşlı ispan bütün yarışlarda 12 oyunda iştirak edib və yeddi dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonunda başa çatır.