- Baxış sayı: 39
- 26 Yanvar 2025 23:29
- Baxış sayı: 32
- Yanvar 26, 2025
- 0
AFFA intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda Azərbaycan premyer liqasının XIX turununda baş verənlərlə bağlı qərar verilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda nominal qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə 700 (maddə 37), azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 800 manat (maddə 52.1), azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 1000 manat (maddə 43.7), azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə 1500 manat cərimə edilir (maddə 52.2).
“Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “flaqman” 800 manat cərimə edilir (maddə 51.2);