İnyestanın yeni ünvanı

“Barselona” və İspaniya millisinin əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta karyerasında yeni səhifə açmağa hazırlaşır.

Allsport.az xəbər verir ki, İnyestanın Mərakeş komandasının yeni idman direktoru təyin edilməsi ilə bağlı tərəflər arasında danışıqlar davam edir.

Hələlik rəsmi qərar açıqlanmasa da, Mərakeş futbol federasiyasının rəhbərliyi daha böyük layihə planlaşdırır. Belə ki, İnyestanın təyinatından sonra onun həm “Barselona”da, həm də milli komandada uzunillik tərəfdaşı olmuş Xavinin yığmanın baş məşqçisi postuna gətirilməsi nəzərdə tutulur.

Mərakeş millisi DÇ-2026-da Braziliya, Haiti və Şotlandiya ilə eyni qrupda mübarizə aparacaq.

Həmin kateqoriyadan