- Baxış sayı: 61
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0

Yunanıstanın PAOK klubunun baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində “Qəbələ”, eləcə də Almaniya “Borussiya”sı (Dortmund) və Rusiya “Krasnodar”ı ilə bir qrupda yer almalarına münasibət bildirib. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Bizə yaxşı qrup qismət oldu. Qrupun favoriti Dortmund “Borussiya”sıdır. Almaniya klubu bütövlükdə bu turnirin favoritlərindən biridir. “Krasnodar” yaxşı komandadır. “Qəbələ” isə “Panatinaikos”u mübarizədən kənarlaşdırıb. Fikrimcə, bizim qrupdan çıxmaq şansımız var. Bu şansdan maksimum yararlanmağa çalışacağıq”.