“İrəvan” idman klubu fəaliyyətini genişləndirir

Göygöl gənclər evində rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən idman klublarının, idman bölmələrinin rəhbərlərinin, məşqçi və idmançıların iştirakı ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, Göygöl olimpiya idman kompleksinin direktoru Tural Həsənov, rayon UGİŞM-in direktor əvəzi Neyməddin Rəsulov, “Aşihara” karate klubunun rəhbəri Cavid Əsgərov, “İrəvan” idman klubunun direktoru Fəxri Cəfərov, “Sensey” idman klubunun direktoru Anar Məmmədov və “Wolf Fightis” idman klubunun rəhbəri Əjdər Alıyev çıxış edərək uğurlu nəticələrin əldə olunmasında idmançıların fiziki sağlam və psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayıblar.

Göygöldə idman mühitinin qorunub-saxlanılmasına göstərilən hərtərəfli dəstəyə görə dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.

Həmin kateqoriyadan