İran FİFA ilə danışıqlar aparır

İran futbol federasiyası 2026-cı il dünya çempionatındakı qrup oyunlarının ABŞ-dən Meksikaya köçürülməsi üçün FİFA ilə rəsmi müzakirələr aparır.

Allsport.az xəbər verir ki, bu barədə federasiya prezidenti Mehdi Tac bəyanat yayıb. O, ABŞ prezidenti Donald Trampın İran millisinin təhlükəsizliyinə zəmanət vermədiyini xatırladaraq, komandanın bu ölkəyə getməyəcəyini vurğulayıb: “ABŞ-ə mütləq getməyəcəyik. Oyunlarımızın Meksikada keçirilməsi üçün FİFA ilə danışıqlar aparırıq”.

Püşkatmaya əsasən, Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alan İranın hər üç matçı ABŞ-də keçirilməlidir. Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.

Həmin kateqoriyadan