İranda ağır ittiham: Ulduz futbolçunun əmlakı müsadirə edilir

İran millisinin ulduz hücumçusu Sərdar Azmunun vətənindəki bütün əmlakının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Allsport.az xəbər verir ki, Qolestan əyalətinin prokurorluğu 16 nəfərin, o cümlədən 31 yaşlı futbolçunun əmlakının müsadirə olunması ilə bağlı qərar çıxarıb.

“Zenit”, “Rubin” və “Rostov”un sabiq oyunçusu “terrorçu Amerika-sionist düşməni” ilə əməkdaşlıqda ittiham olunur.

Hazırda xaricdə yaşayan bu 16 nəfərin qeydiyyatda olan bütün mülkləri müəyyən edilir və yaxın vaxtlarda dövlət nəfinə müsadirə olunacaq.

Sərdar Azmun hazırda BƏƏ-nin “Şabab Əl-Əhli” klubunda çıxış edir. O, İran millisinin heyətində keçirdiyi 91 oyunda 57 qol vurmaqla yığma tarixinin ən məhsuldar oyunçularından biridir.

Həmin kateqoriyadan