- Baxış sayı: 42
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Bakıda keçirilən İslam həmrəylik oyunlarında qızıl medal qazanaraq İranını bayrağını yüksəltdiyim üçün qürur duyuram”. Allsport.az saytı xəbər verir ki, bunu AzərTAc-a taekvondoçu Nihad Kiyançızadə (53 kq) deyib.
Onun sözünə görə, yarışların yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şərait qələbə qazanmasına əsas stimul olub. İdman arenalarının müasirliyi, idmançılara göstərilən qayğı ona xoş təəssürat bağışlayıb.
Bakını gəzməyə də vaxt tapdığını deyən xanım taekvondoçu, şəhərin gözəlliyinə valeh olduğunu və gələcəkdə imkan yaranarsa, bir daha Bakıya gəlmək istədiyini bildirib.