İrina Zaretska: “Belə insanlardan xoşum gəlmir”

“Şəxsi fikri olmayan və hansısa amillərdən asılı olan insanlardan xoşum gəlmir. Buna görə də informasiyanı dəqiq çatdıran daha çox müstəqil jurnalistin olmasını istərdim”

Allsport.az xəbər verir ki, bunu karate üzrə milli komandamızın üzvü, dünya və Avropa çempionu, olimpiya ouunlarının gümüş medalçısı İrina Zaretska idman mediası ilə bağlı fikirlərini bölüşərkən deyib. Xanım karateçi media ilə münasibətlərindən danışıb:

“İdman hadisələrini izləyən, ekspert rəyi verməyi bacaran, ən xırda nüansları belə görən, istənilən yarışdakı qələbə və məğlubiyyətləri adektvat qiymətləndirməyi bacaran peşəkarlarla işləməyi sevirəm.
Media nümayəndələri baş verən hadisəni işıqlandırır və onu cəmiyyətə təqdim edir. Bununla da insanlarda müəyyən fikir formalaşdırılır. Təbii ki, onlar biz idmançıların da müxtəlif yarışlardakı uğurlarını ictimaiyyətə çatdırırlar. Azərbaycanda da öz işinə peşəkar yanaşan, vəziyyəti düzgün analiz edən və məlumatı olduğu kimi cəmiyyətə çatdıran idman jurnalistləri var.”

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish