- Baxış sayı: 34
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin hakimləri açıqlanıb. Allsport.az хəbər verir ki, Orxan Məmmədovla Mübariz Həşimov Polşada keçiriləcək 4-cü qrupun oyunlarına təyinat alıb.
Hakimlərimiz qrupun 6 oyunundan 3-də iş başında olacaq. Orхan Məmmədov İrlandiya – Yunanıstan və İrlandiya – Polşa oyunlarına baş hakim, Mübariz Həşimov yan хətt hakimi kimi təyinat alıb.
Orхan Məmmədov Polşa – Yunanıstan oyununla dördüncü hakim funsiyasını yerinə yetirəcək. Mübariz Həşimov isə baş hakimin köməkçilərindən biri olacaq.
Qeyd edək ki, qrupun oyunları martın 21-26-də Polşada keçiriləcək.