İsa Rüstəmov “B” qrupunda 3-cü olub
19 iyun 2017 / 11:33 Baxış sayı: 1189 Yaponiya paytaxtı Tokioda gənc ağırlıqqaldıranların dünya birinciliyində İsa Rüstəmov (69 kq) “B” qrupunda birdən qaldırmada 125 kq, təkanla 160 kq-ı ram edib.
Allsport.az saytı xəbər verir ki, o, toplam 285 kq (125+160) nəticə ilə öz qrupunda 3-cü, yekun sıralamada 12-ci yeri tutub.