İsa Rüstəmov qitə çempionatında 3 medal qazandı

Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında uğurla çıxış edib. Allsport.az xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub. Təkanla qaldırma hərəkətində 170 kq ağırlığı başı üzərinə qaldıran İsa bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib. Toplamda 308 kq nəticəyə imza atan idmançım yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.

Həmin kateqoriyadan

azenrutr