- Baxış sayı: 30
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 20
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa klublar birliyinin (ECA) azarkeşlərlə iş üzrə işçi qrupuna (“Fans Working Group”) üzv seçilib.
Allsport.az xəbər verir ki, o, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən işçi qrupda fəaliyyət göstərəcək. Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində “Yuventus”, “Tottenhem”, “Çelsi”, “Real Betis”, PSV Eyndhoven, “Leypsiq” kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.
İşçi qrupa Madrid “Atletiko”sunu təmsil edən Migel Anxel Xil Marin sədrlik edir. Qrupun əsas məqsədi azarkeşlərlə bağlı strategiyaların, təşəbbüslərin və texniki tövsiyələrin hazırlanmasıdır.
İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.
“Qarabağ”ın idarə heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkilərdə Avropa klublar birliyinin idarə heyətinin, bundan sonra “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov adıçəkilən qurumun uşaq futbolu üzrə işçi qrupunun (2023–2027) üzvü seçilib.