- Baxış sayı: 591
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Konya şəhərində İslam həmrəyliyi idman federasiyasının 11-ci baş assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə 5-ci İslam oyunlarının iştirakçısı olan bütün olimpiya komitələri təmsil olunub.
Türkiyə gənclər və idman naziri Məhməd Məhərrəm Qəssaboğlu, İslam əməkdaşlıq təşkilatının rəsmi səfiri Tarix Əli Baxnəət və İSSF-in prezidenti Abduləziz bin Turki əl-Faysal əl Səudun rəsmi çıxışlarından sonra, Konya-2021 əməliyyat komitəsinin hesabatı təqdim edilb.
Daha sonra İSSF-in nizamnaməsinə olan dəyişikliklər haqda məlumat verilib və məsələnin daha geniş şəkildə 8 avqust tarixində təşkil ediləcək seminarda müzakirə ediləcəyi bildirilib.
Günün sonunda tərəflər arasında imzalanma olub.
Baş assambleyada ölkəmizi MOK-un vitse prezidenti və İSSF-in 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, icraiyyə komitəsinin üzvü Könül Nurullayeva və beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov təmsil ediblər.
