İslam Həmrəyliyi oyunları ilə Bakı Media Mərkəzi arasında müqavilə bağlanılıb

Bakı-2017  zamanı əsas televiziya yayım xidmətini təmin etmək məqsədilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki,  müsəlman dünyasının idman azarkeşləri mayın 12-22-də Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi oyunlarını televiziya və internet vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər. İHİF tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 ölkədən idmançılar mübarizə aparacaqlar.

Müqaviləyə əsasən, Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirəcək. Proqrama əsasən, Oyunların yayımından əvvəl İslam dünyasının, eyni zamanda, Azərbaycanın, Bakının gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən hər biri 5 dəqiqə olmaqla 3 videoçarx təqdim olunacaq.

Bakı Media Mərkəzi Bakıda yerləşən innovativ Azərbaycan şirkətidir. Audio-vizual sahə üzrə bir çox xidmətlər təmin edərək iki əsas istiqamət – video və yayım prodakşn əməliyyatı üzrə mütəxəssisləşir. Bakı Media Mərkəzi haqda məlumata gəldikdə, qeyd etmək lazıdır ki, bu qurum ölkəmizdə təşkil edilən bir sıra beynəlxalq səviyyəli yarışların yayımını həyata keçirib. Onların sırasına Bakı-2015 Avropa Oyunları, “Tour de Azerbaijan” veloyürüşü və bədii gimnastika üzrə 30-cu Avropa çempionatı və digər mötəbər idman tədbirləri daxildir. Beynəlxalq İdman Yayımı ilə partnyorluq əsasında Bakı-2017 zamanı baş TV xidmətlərini təmin edəcək.

 

Həmin kateqoriyadan