- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İslam həmrəyliyi oyunlarının başlamasına cəmi bir ay vaxt qalır. Allsport.az saytı xəbər verir ki, artıq bir sıra yerli və xarici şirkətlərlə Bakı-2017-nin əməliyyat komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında anlaşma imzalanıb.
Ötən müddət ərzində AzAL, bp, “Microplus”, SOCAR kimi önəmli və yüksək nüfuza malik şirkətlər İslam oyunlarının rəsmi tərəfdaşı oldular. Eyni zamanda, “Fresco”, ITicket.AZ, “Milla” və “RedBull” da rəsmi dəstəkçilər arasında yer alırlar. Tezliklə yeni tərəfdaşların da sıralarımıza qoşulması planlaşdırılır. SOCAR və bp şirkətləri, oyunların rəsmi neft və qaz tərəfdaşları olaraq, Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərimizin sağlam gələcəyinə töhfə vermək niyyətindədirlər.
Son illərdə Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində, beynəlxalq idman qurumları tərəfindən ölkəmizdə bir sıra nüfuzlu idman tədbirlərinin keçirilməsinə qərar verilib. Avro-2020-nin üç qrup görüşü və bir 1/4 final görüşü paytaxtımızda keçiriləcək. Bakı şəhəri, eyni zamanda, UEFA çempionlar liqası 2019-un final oyununun ev sahibliyini edəcək iki namizəd şəhərdən biridir.