- Baxış sayı: 142
- 18 Mart 2026 20:45
- Baxış sayı: 137
- Mart 19, 2026
- 0

MMA döyüşçüsü İslam Mahaçev hazırkı UFC çempionları arasında instaqramda ən populyar idmançı olub.
Allsport.az xəbər verir ki, dağıstanlı döyüşcü instaqramda 9,6 milyon abunəçi həddinə çatıb. O, 9,5 milyon izləyicisi olan ağır çəki dərəcəsində çempion Con Consu ötüb.
Mahaçev izləyicilərinin sayına görə təqaüdə çıxmış Ronda Rousi (17,2 milyon) və Həbib Nurməhəmmədovdan (38,3 milyon), həmçinin 3 ildir yarışmayan Konor Makqreqordan (47 milyon) geri qalır.
Bu göstəricidə ilk 3-lüyə həm də Həmzət Çimayev (9,2 milyon) daxildir.