İslam oyunları ilə bağlı bütün məscid və ziyarətgahlarda yüksək şərait yaradılıb

Gələn ay ölkəmizdə keçiriləcək 4-cü İslam həmrəyliyi oyunları münasibətilə bütün məscid və ziyarətgahlarda idmançıların, eləcə də turistlərin ziyarət və ibadətləri üçün hər cür şərait yaradılıb. Allsport.az saytı xəbər verir ki, bu barədə AzərTAc-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, bu qurumla Qafqaz Müsəlmanları İdarəsi dini icmalara, din xadimlərinə xüsusi tapşırıqlar verilib. Ölkə ərazisində 2166 məscid mövcuddur, onlardan 136-sı paytaxtda yerləşir.

Bundan savayı, Azərbaycanda 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür. 57 ölkəni təmsil edən Bakı-2017-də 3000-dən çox idmançının və 15000-dən çox turistin qatılacağı gözlənilir.

Həmin kateqoriyadan