- Baxış sayı: 48
- 19 Mart 2026 19:39
- Baxış sayı: 192
- Mart 19, 2026
- 0

Qadın voleybol millisi Konya-2021-də “B” qrupunun ilk oyununda Seneqala 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, komandamızın kapitanı Ayşən Abduləzimova sevincini belə bölüşüb:
“İslamiadaya qələbə ilə başlamağımız bizim üçün əla motivasiya oldu. İki aydan çox idi ki, bu yarışa və Avro-2023-ün təsnifat mərhələsinə hazırlaşırdıq.
Yüksək səviyyədə keçən təlim-məşq toplanışlarından sonra qələbə şirindir. İnanıram ki, uğurlu çıxışımızı davam etdirəcəyik və İslam oyunlarından Vətənə qızıl medalla dönəcəyik”