- Baxış sayı: 681
- 10 Dekabr 2025 23:59
- Baxış sayı: 37
- Dekabr 16, 2025
- 0

İslam həmrəyliyi oyunları zamanı Bakı Metrosunun iş vaxtı artırılacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözünə görə, çəmiyyət Bakı-20-17 ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. İslamiada müddətində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-yədək fəaliyyət göstərəcək. Adi yarış günlərində isə metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Yarışlar davam edən günlərdə sərnişin axını çox olarsa, bu qrafikə yenidən baxıla bilər.