İslam oyunlarında fərqlənən idmançılara və onların məşqçilərinə ayrılacaq mükafat açıqlanıb
11 may 2017 / 15:46 Baxış sayı: 2690 Prezident İlham Əliyev Bakıda keçirilən İslam oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, sənədə əsasən, məbləği aşağıdakı qaydada müəyyən edilib (Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.):
1-ci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
2-ci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
3-cü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat.