- Baxış sayı: 44
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 162
- Dekabr 18, 2024
- 0
Avqustun 18-də qardaş Türkiyədə 5-ci İslam həmrəyliyi oyunlarının təntənəli bağlanışı olub. Allsport.az saytı xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürən mərasim Konyada “15 İyul” stadionunda keçirilib. Öncə bu şəhərin tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub. Sonra Türkiyənin dövlət bayrağı qaldırılıb və İstiqlal marşı səsləndirilib.
Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib. Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı basketbol 3×3 milli komandasının üzvü Zaur Paşayev olub. Sonra yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq keçiddə iştirak ediblər.