İslamiadanın təşkilatçıları AMKF rəhbərliyi ilə görüşüb

4-cü İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, federasiyanın prezidenti Yaşar Bəşirov milli komandamızın İslam Həmrəylik Oyunlarında qazandığı uğurlar barədə qısa məlumat verərək qarşıdakı mötəbər yarışa hazırlıq işlərinin böyük məsuliyyətlə aparıldığını bildirib.

O, 3 il əvvəlki oyunlarda azərbaycan karateçilərinin böyük uğurlar qazandığını söyləyib. Bildirib ki, Azərbaycan karateçiləri son İslam Oyunlarının komanda yarışında birinci olub.

Oyunların təşkilat komitəsinin idman bölməsinin rəhbəri Mark Honeybun qarşıdakı mötəbər yarışa yüksək hazırlıq işlərinin aparıldığnı söyləyib. Görüşdə məlumat mübadiləsindən əlavə, müəyyən texniki məsələlər də müzakirə olunub. 4-cü İslam Həmrəylik Oyunlarının karate yarışları yalnız fərdi çəkilərdə keçiriləcək. 2013-cü ildə İndoneziyada təşkil edilən ötən yarışda komanda görüşləri də keçirilmişdi.

Bakıda 4-cü İslam Oyunlarının karate turniri bu mötəbər yarışların ilk günlərində (13-14 may) “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Həmin kateqoriyadan