- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Azərbaycan komandasının sentyabrın 5-də İslandiya yığması ilə Reykyavikdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, “Lauqardalsvollur” stadionunda təşkil olunacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək:
5 sentyabr
İslandiya – Azərbaycan
“Lauqardalsvollur” stadionu. Saat 22:45
Baş hakim: Sander van der Eiyk
Baş hakimin köməkçiləri: Rens Bluemink, Stefan de Qroot
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Jeroen Manşot
AVAR: Kley Ruperti
(Hakimlər briqadası Niderlanddandır)