İspaniya Finalissima əvəzinə bu oyunu keçirəcək

İspaniya yığması ləğv edilmiş Finalissima matçının əvəzinə Serbiya ilə yoldaşlıq görüşü keçirəcək.

Allsport.az xəbər verir ki, oyun martın 27-də Vilyarreal şəhərindəki “Estadio de la Seramika” arenasında baş tutacaq.

Avropa çempionu olan İspaniya həmin tarixdə Qətərdə Amerika kubokunun qalibi Argentina ilə qarşılaşmalı idi. Lakin yaxın şərqdəki gərginlik səbəbindən Finalissima ləğv edilib. Həmçinin, “qırmızı furiya”nın martın 30-da Qətərdə Misirə qarşı keçirməli olduğu yoldaşlıq oyunu da baş tutmayacaq.

Həmin kateqoriyadan